Azərbaycanda 27–28 fevral tarixləri üçün güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakı və Abşeron yarımadasında, eləcə də Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad və Qobustan ərazilərində narıncı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə şərq küləyinin sürəti 20,8–28,4 m/s-ə çatacaq.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlıq tətbiq olunub. Həmin ərazilərdə şərq küləyi 13,9–20,7 m/s sürətlə əsəcək.

