Bakıda təmir işləri ilə əlaqədar iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məhdudiyyətlər aşağıdakı ərazilərdə tətbiq olunacaq:
Səbail rayonunda — Bünyad Sərdarov küçəsində;
Nəsimi rayonunda — Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsində.
Agentlik sürücüləri müvəqqəti narahatlığa anlayışla yanaşmağa, marşrutlarını əvvəlcədən planlaşdırmağa və mümkün olduqda alternativ yollardan istifadə etməyə çağırıb.

