Rusiya ilə Azərbaycan arasında gərginlik davam edir. Hazırda münasibətlərin gələcəyi sual altındadır. Bəzi analitiklər düşünür ki, barışıq olsa belə, əlaqələrin əvvəlki səviyyəyə qayıtması mümkün deyil. Bildirilir ki, Moskvanın öhdəliklərini yerinə yetirməməsi başqa problemlərə də yol açma ehtimalını artırır. Buna baxmayaraq, ekspertlər diplomatik yolla həll yollarının axtarılmasının vacib olduğunu vurğulayırlar.
Rusiya-Azərbaycan arasındakı gərginlik hara qədər davam edəcək? Münasibətlərdə qırılma nöqtəsi, pik hədd nə ola bilər?
“Ardınca isə Yekaterinburqda soydaşlarımıza qarşı həyata keçirilən vəhşi siyasət nəticəsində münasibətlər kritik həddə çatdı. Tərəflərin münasibətlərində qırılma nöqtəsi mümkündür, lakin vəziyyətin o həddə çatması arzuolunan deyil. Ona görə də rəsmilər bu istiqamətdə çalışmalıdırlar. Azərbaycan bu yöndə pozitiv açıqlamalar verir və həqiqətən istəyir ki, Rusiya ilə münasibətlərini normal, qarşılıqlı qaydada inkişaf etdirsin. Lakin Rusiyanın bəyanatları və öhdəliklərini yerinə yetirməməsi gərginliyi davam etdirir”.
Zeynal Əmrəliyev
Politoloqun sözlərinə görə, Rusiyada aparılan kampaniya sübut edir ki, hələ də Azərbaycanla münasibətlərin gərgin olmasında maraqlı qüvvələr var:
“Bu qüvvələr imperiya ambisiyaları ilə faktiki olaraq müstəmləkə siyasətlərini həyata keçirməyə çalışırlar. Rəsmi Bakı digər ölkələrin maraqlarına zərər verməyəcək şəkildə xarici siyasətini yürüdür. Əgər kimsə bundan qıcıqlanır, yenidən əvvəlki xəyallarla yaşamaq istəyirsə və ya müstəqil siyasətimizə mane olmaq niyyətindədirsə, əlbəttə, cavabımız olacaq. Bu, yalnız Kremlə aid məsələ deyil, həmçinin digər dövlətlərlə münasibətlərdə də bunu müşahidə etmişik. Məsələn, Qərbin ən önəmli ölkələrindən biri olan Fransanın Azərbaycanın daxili işlərinə müdaxiləsinə çox güclü bir cavab verdik və faktiki olaraq geri çəkilməyə məcbur oldular. Bakıda keçirilən neokolonizm əleyhinə tədbirlərin bu gün öz nəticələrini verdiyinin əyani şahidiyik. Azərbaycana uzadılan dilin cavabı mütləq veriləcək. İstər Qərb, istər Şərq, istərsə də başqa yerdən olsun, heç bir fərqi yoxdur”.