Azərbaycanın iki qonşusu – Rusiya və İranla münasibətlərində gərginlik getdikcə artır. Moskva və Tehran Azərbaycan əleyhinə siyasətlərini davam etdirdikcə, rəsmi Bakı hər ikisinin cavabını verməkdən çəkinmir. Bu, doğru siyasət olmaqla yanaş,ı özündə müəyyən riskləri də ehtiva edir.
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, hər iki ölkə ilə münasibətlərdə Bakı təmkinli davranmağa çalışır:
“Rəsmi Bakı hər iki qonşusu ilə normal münasibətlərə çalışsa da, bəlli səbəblərdən bu alınmır. Moskva və Tehran ölkəmizlə sözdə tərəfdaşlıqdan danışsalar da, reallıq fərqlidir. İki qonşu ölkə ilə gərginlik hansı həddə qədər davam edəcək? Rusiya və İran Azərbaycana qarşı təsir imkanlarını artıra bilərlərmi?
Rusiya və İranla münasibətlərdə qeyri-müəyyənlik dövrünə qədəm qoymuşuq. Müstəqilliyimizin ilk illərində Rusiya və İrandakı mərkəzlər ölkəmizin şimal və cənub bölgələrində təxribatçı fəallıqla yadda qalmışdılar. Mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə həmin təxribatların qarşısını ala bildi. Üstündən 30 il keçdikdən sonra Moskva və Tehran yenidən eyni siyasətdən istifadə edə, ölkəmizdə separatçı fəaliyyətləri körükləməyə çalışa bilərlər. Soydaşlarımızın təxribata uymayacaqlarına əmin olmaqla yanaşı, düşmənlərimizin pusquda dayandıqlarını da unutmamalıyıq”.
Günəş Fərəh
Den.az
"Düşmənlərimizin pusquda dayandıqlarını da unutmamalıyıq” - İLGİNC AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.