16 
sen
2023
17:29
270

İki Samvelin qarşıdurması: Azərbaycanın Xankəndiyə daxil olması üçün tarixi fürsət yaranıb - Bakı nə edəcək?

16 sen, 2023
17:29
270

İki Samvelin qarşıdurması: Azərbaycanın Xankəndiyə daxil olması üçün tarixi fürsət yaranıb - Bakı nə edəcək?

Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib. Separatçıların yeni "rəhbəri" Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən sakinlər olub. Bəs görəsən, bu halda Azərbaycan əməliyyatsız Xankəndini nəzarətə götürə bilərmi?

Mövzunu "Den.az"a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, separatçı rejimə yeni "rəhbər" seçilməsindən sonra Qarabağdakı ermənilər arasında xüsusi gərginlik müşahidə olunur: "Gənclərin regionu tərk etdiyini görürük. Ancaq qadınlar, yaşlılar və uşaqlar qalmaqdadır və bu, daxildə böyük narazılığa səbəb olur. Ermənilər sanki qorxaraq bölgəni tərk edirlər. Çünki hər an separatizmə qarşı əməliyyatlar keçirilə bilər. Bu, Azərbaycanın suveren hüququdur. BMT nizamnaməsinin 51-ci maddəsi özünümüdafiə hüququnu təsbit edir. Bunu nəzərə alan ermənilər regionu tərk edirlər".



Politoloqun sözlərinə görə, Qarabağda Şahramanyan və Babayan arasında mübarizə gedir: "Bu iki Samvel arasındakı qarşıdurmanın maraqlı tərəfi ondan ibarətdir ki, Nikol Paşinyan seçkilərə susqun yanaşıb. Bu, onu deməyə əsas verir ki, Samvel Şahramanyan Paşinyanın ürəyincə deyil. Qarabağ da daxil olmaqla Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu barədə Brüsseldə, Praqada razılaşmalar əldə olunub. Bu gün ölkəmizə qarşı hansısa "Miatsum" ideologiyası ətrafında birləşmək yolverilməzdir".

İlyas Hüseynov əlavə edib ki, Paşinyanın 2 sentyabr tarixində revanşizm ideologiyasının güclənməsinə xidmət edən müraciəti də qəbulolunmazdır: "Bu, rəsmi Bakı tərəfindən kəskin qınaq obyektinə çevrilib. Regionda silahlıların ərazini tərk etməsi Azərbaycan üçün avantaj formalaşdırır. Bizim üçün ən müsbət məqam ondan ibarətdir ki, rəsmi Bakı yumşaq güc və sosial-iqtisadi proqramlarla Xankəndi və ətraf bölgələri nəzarətə götürə bilər. Bu, ölkəmiz üçün müəyyən dividentdir. Separatçılar arasında olan qarşıdurma fonunda fürsədən çox ciddi surətdə istifadə etmək lazımdır və bu, tarixi şansı yetişdirir".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar