Böyük Britaniya hökuməti 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdən keçirir. Bu barədə The Times yazır.
Nəşrin məlumatına görə, qərar Baş nazir Keir Starmer tərəfindən elan edilən yeni səlahiyyətlər çərçivəsində qəbul oluna bilər. Məqsəd hökumətin mövqeyini möhkəmləndirmək və uşaqların onlayn təhlükəsizliyini artırmaqdır.
“Uşaqlara sosial şəbəkələrdən istifadə bu il artıq qadağan edilə bilər”, – deyə materialda qeyd olunur.
Bildirilir ki, mümkün qadağa çat-botlardan istifadəni də əhatə edəcək. Bundan əlavə, Britaniya hökuməti onlayn platformalardan sonsuz “scroll” funksiyası olan tətbiqlərdə uşaqların keçirdiyi vaxtın məhdudlaşdırılmasını tələb etməyi planlaşdırır.

