DenMedia.az xəbər verir ki, Avstraliya dünyada ilk ölkə olub ki, sosial şəbəkələr üçün minimum yaş həddi müəyyən edib.
Yeni qaydalar çərçivəsində ən böyük 10 platforma, 16 yaşdan kiçik avstraliyalılara məxsus 1 milyondan çox hesabı bloklamağa məcbur qalıb. Tələbləri pozan şirkətləri 49,5 milyon avstraliya dollarına (təxminən 33 milyon ABŞ dolları) qədər cərimə gözləyir.
Bu tədbirlər yeniyetmələri onlayn risklərdən qorumaq və sosial platformalardan təhlükəsiz istifadəni təmin etməyə yönəlib.

