Azərbaycanda 2025-ci ildə 20 il və daha çox nikahda olmuş cütlüklər arasında 2 681 boşanma qeydə alınıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qurumun məlumatına görə, son üç ildə ən çox boşanma 10 ildən 19 ilədək davam edən nikahlarda qeydə alınıb.
Belə ki, 2025-ci ildə ölkədə ümumilikdə 20 675 boşanma baş verib. Onlardan 7 354-ü 10–19 il davam edən nikahların, 5 795-i 5 ilədək olan nikahların, 4 845-i 5 ildən 9 ilədək olan nikahların, 2 681-i isə 20 ildən çox davam edən nikahların payına düşüb.
2024-cü ildə boşanmaların ümumi sayı 21 384 olub. Onlardan 7 768-i 10–19 illik nikahlardan sonra, 5 715-i 5 ilədək, 5 347-si 5 ildən 9 ilədək, 2 554-ü isə 20 il və daha çox birgə həyatdan sonra qeydə alınıb.
2023-cü ildə isə Azərbaycanda 21 688 boşanma qeydə alınıb. Bunlardan 7 735-i 10–19 il birlikdə yaşayan cütlüklər, 5 814-ü 5 ilədək, 5 805-i 5 ildən 9 ilədək, 2 334-ü isə 20 ildən çox nikahda olan cütlüklər arasında baş verib.

