Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun yeddinci iclası gələn həftə Bakıda keçiriləcək.
Bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariana Kuyunciç bildirib.
O, cümə axşamı Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib:
Gələn həftə tərəfdaşlığımızda daha bir mühüm mərhələyə çatılacaq — Bakı Aİ-Azərbaycan təhlükəsizlik üzrə 7-ci dialoquna ev sahibliyi edəcək.
Səfir Bakı ilə Brüssel arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini də qeyd edib.
Kuyunciç 2026-cı ildə tərəfdaşlıq prioritetləri üzrə yeni ikitərəfli sazişə dair danışıqların başlanmasının vacibliyini vurğulayıb.
Diplomat əlavə edib:
Bu danışıqlar təmiz enerji, ticarət, iqtisadi şaxələndirmə, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün müasir və iddialı əsas yaradacaq.

