Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, dünyada dominantlıq etmək istəyən qüvvələr olduqca, onlara qarşı çəkindirmə vasitələri də olmalıdır.
O, bu fikri Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində səsləndirib.
“Dominantlıq etmək, mən eksklüzivəm, mən müstəsnayam yanaşması qaldıqca, biz onları soyutmaq üçün çəkindirmə vasitələrinə malik olmalıyıq”, deyə Pankin bildirib.
Onun fikrincə, nüvə silahı aradan qalxarsa, dünya daha təhlükəsiz olmayacaq. Çünki onun yerini başqa bir vasitə tuta bilər.
“Bütün humanist çağırışlara baxmayaraq, nüvə silahı olmayan dünyanın təhlükəsiz, sabit və firavan olacağı fikri mənasızdır”, deyə Rusiya XİN rəsmisi qeyd edib.

