DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar nüvə potensialına görə dünya lideridir. Onun sözlərinə görə, siyahıda ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin dayanır.
“Bizim dünyada ən böyük nüvə gücümüz var. Mən bunu etiraf etməyi sevmirəm, çünki bu, dəhşətlidir. Əgər bu gücdən istifadə etmək lazım gəlsə, bu, qorxunc olacaq. Rusiya ikinci, Çin üçüncü yerdədir, amma onlar bizi 4–5 ilə çatacaqlar,” — deyə Tramp bildirib.

