Roma Papası XIV Leo Madriddə kral sarayında çıxışı zamanı Avropa ölkələrini digər güclərə qarşı deyil, bütün bəşəriyyət üçün bir töhfə kimi birləşməyə çağırıb. Katolik kilsəsinin rəhbəri İspaniyaya rəsmi səfərə gəlib. Bu barədə RIA Novosti yazır.
XIV Leo bildirib:
“Mən həmçinin Avropa birliyi prosesini digər güclərə qarşı dayanmaq üçün deyil, bütün insan ailəsi üçün bir töhfə kimi irəli aparmağa çağırıram”.
Pontifik həmçinin qeyd edib ki, təhlükəsizlik çox vaxt yanlış olaraq silahlar və divarlarla əlaqələndirilir. Halbuki əslində təhlükəsizlik başqası ilə yanaşı addımlamaq, “çiyin-çiyinə böyümək” bacarığı ilə formalaşır.
Roma Papası buna nümunə kimi Pireney yarımadasının tarixini göstərib. Onun sözlərinə görə, bu bölgədə qarşıdurmalarla yanaşı, xristianlar, müsəlmanlar və yəhudilər arasında dialoq məkanı yaratmaq cəhdləri də mövcud olub.

