12 
okt
2023
19:26
123

Qərb hərəkətə keçdi: "Paşinyan Putinə qarşı siyasi-psixoloj savaş aparır" - İLGİNC DETALLAR

12 okt, 2023
19:26
123

Qərb hərəkətə keçdi: "Paşinyan Putinə qarşı siyasi-psixoloj savaş aparır" - İLGİNC DETALLAR

"Qırğızıstanda Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammiti keçiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılmaqdan imtina edib. Bunu işlərinin çox olduğu ilə izah edib. Sammitdən əvvəl, MDB xarici işlər nazirlərinin şurasının iclasına yalnız nazir müavini səviyyəsində qatılıb. Bununla da Ermənistanın baş naziri KTMT ilə əlaqələri aşağı endirdiyi kimi,  MDB sammitinə qatılmamaqla bu təşkilatdan uzaqlaşmaq kursunu götürüb". 

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Baş nazir Nikol Paşinyan həm KTMT, həm də MDB ilə əlaqələri aşağı səviyyəyə endirməklə Qərblə inteqrasiya kursunu həyata keçirdiyini nümayiş etdirir: "Ermənistan tərəfindən bu siyasət Rusiyaya qarşı demarşdı. Əgər, N. Paşinyan hakimiyyətdə qalacaqsa, Ermənistan gələn il KTMT-dən və Avrasiya İttifaqı təşkilatından çıxara bilər . Həmçinin MDB üzvlüyünə xitam verməsi mümkündür. Ermənistan rəhbərinin MDB sammitindən imtinası sıradan hadisə deyil. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyası fonunda N.Paşinyan V. Putinə qarşı psixoloji-siyasi savaş apardığını da nümayiş etdirir. Bununla da Qərb Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün hərəkətə keçdiyini mesaj verir". 

Politoloqun sözlərinə görə, Ermənistan Baş naziri MDB sammiti çərçivəsində prezident İlham Əliyevlə görüşəcəkdi: "Amma, bele bir görüş heç də sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmayacaqdı. Ermənistan Rusiya əlaqələrində siyasi böhran dərinləşir və Yerevan özü bu dərinlikdə batıb qalacaq. Bu illər ərzində Ermənistan məhz Rusiyanın vasitəçiliyi ilə Azərbaycana qarşı işğal və terror siyasəti aparıb. Hazırda isə, Azərbaycan iki dövlət arasında kəskinləşən münasibətlərdən maksimum istifadə edərək, Ermənistan üzərində ciddi üstünlük qazanmalıdır".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar