"MDB nazirlər şurasının iclasında Ermənistan Avrasiyada "Təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyannaməyə qoşulmayıb. Ümumiyyətlə, Ermənistan hökumətinin strateji hədəfi Rusiyanın moderator olduğu layihələrdən çıxmaqdan ibarətdir".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
"Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iştirakını de-fakto dayandırıb. Avrasiya İttifaqı Təşkilatının Bəyannaməsini baykot edib. Məhz Ermənistan MDB iclaslarında iştirak etməklə, bu təşkilatın fəaliyyətini və iş prinsipini pozmaq siyasəti həyata keçirir. Demək olar ki, Ermənistan MDB daxilində qəbul edilən siyasi sənədlərə imza atmır. Bununla da Qərblə əməkdaşlığa sadiq olduğunu göstərir. Növbəti ildən Baş nazir Nikol Paşinyan həm MDB-dən, həm də KTMT-dən çıxmaq istiqamətində siyasi proseslərə başlayacaq. Məhz təşkilatın bəyannaməsinə qoşulmamaqla bunu ortaya qoymuş oldu. Ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi (MDB) öz funksionallığını itirib. Bu təşkilatın parçalanmasi Moskvanın üzv ölkələrə qarşı siyasi təzyiq və digər motivdə həyata keçirdiyi tədbirlərdən irəli gəlir".
Günəş Fərəh
Den.az
"Müstəqil Dövlətlər Birliyi öz funksionallığını itirib" - İLGİNC AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.