24 
yan
2024
23:49
160

"Bu, baş versə, Moskva İrəvana qarşı ciddi şəkildə hərəkətə keçəcək" - ŞOK DETALLAR

24 yan, 2024
23:49
160

"Bu, baş versə, Moskva İrəvana qarşı ciddi şəkildə hərəkətə keçəcək" - ŞOK DETALLAR

Ermənistanın Rusiyadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq üçün bütün addımları atmağa hazır olduğu heç kimə sirr deyil. Paşinyanın Rusiyanın nəzarətində olan təşkilatlarla əməkldaşlıqdan boyun qaçırması, toplantılarfa getməməsi bunu bir daha sübuta yetirir. Aydındır ki, Qərb və ABŞ tərəfindən Paşinyana müxtəlif vədlər verilib. Amma proseslərin necə cərəyan edəcəyi maraq doğurur. 

Mövzunu "Den.az"a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra Paşinyan Rusiyanın orbitindən rəsmən uzaqlaşmaq barədə qərarlar qəbul edə bilər: "Birincisi, ölkəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracaq. Bununla bağlı Paşinyan artıq bir sıra açıqlamalar verib. O bildirib ki, KTMT Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermir və ölkəsi bu təşkilatdan çıxmaq üçün siyasi iradəyə malikdir. İkincisi, Ermənistan MDB-dən çıxmaq istiqamətində də addımlar atacaq. Rəsmi İrəvan Qərbdən siyasi dəstək almaqdadır. Ancaq Ermənistan rəsmən KTMT-dən çıxmağa başlayarsa, Moskva ciddi şəkildə hərəkətə keçəcək".
Politoloqun sözlərinə görə, ABŞ administrasiyası Ermənistanın Rusiyanın siyasi-hərbi orbitindən çıxması üçün Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qəbul edib: "Bu istiqamətdə Türkiyə ilə sıx əməkdaşlıq həyata keçirilir. Azərbaycanın Ermənistanla danışıqlar prosesində Vaşinqton kimi Türkiyə də yer alıb. Türkiyə regionda aktiv şəkildə siyasət aparır və Azərbaycanla strateji müttəfiqdir. Vaşinqton-Ankara-Bakı üçlüyü tərəfindən aparılan danışıqlar müsbət istiqamətdə davam edəcək".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar