Türkiyənin tanınmış aktyor Ufuk Özkan ötən gün 11 saat davam edən qaraciyər transplantasiyası əməliyyatı keçirib. Aktyorun səhhətində müşahidə olunan müsbət irəliləyiş ailə üzvləri ilə yanaşı, pərəstişkarlarını da sevindirib.
Baş verən bu xoş inkişafdan sonra aktyorun qardaşından da açıqlama gəlib. Ufuk Özkanın qardaşı Umut Özkan sosial şəbəkə Instagram hesabında qardaşı və Salih Kıvırcıkın yer aldığı fotonu paylaşaraq vəziyyətlə bağlı məlumat verib.

Şükürlər olsun ki, reanimasiyadan palataya köçürüldük. Hazırda hər şey qaydasındadır. Duaları ilə yanımızda olan hər kəsə sonsuz təşəkkür edirik, — deyə Umut Özkan paylaşımında qeyd edib.

