Menecer axtarışında olan aktrisa Gizem Ünsal artıq uyğun şəxsi tapdığını və bundan çox xoşbəxt olduğunu bildirib. O, hazırda yeni layihə gözlədiyini də qeyd edib.
“Uzak Şehir” serialında Alya obrazını canlandıran bacısı Sinem Ünsalın Ozan Akbaba ilə ekran uyğunluğu barədə danışan aktrisa, “Çox gözəl cütlük oldular” deyib.
Gizem Ünsal bacısı ilə tez-tez qarışdırıldığını da bildirib. Onun sözlərinə görə, bacısı ilə bir araya gəldikdə çox əylənir və davamlı gülürlər:
“Gülməkdən və qəhqəhə çəkməkdən şəkil çəkdirməyə belə vaxtımız olmur.”

