Bu gün sürətlə inkişaf edən doğma Azərbaycanımızın hər bir guşəsi kimi, Sumqayıt şəhəri də günbəgün gözəlləşir və sözün həqiqi mənasında inkişafının dinamik mərhələsini yaşayır. Sumqayıtda aparılan yenidənqurma və abadlıq işləri şəhərin görkəmini xeyli dəyişib. Sürətlə böyüyüb gözəlləşən sahil şəhərində əhali artımı, iqtisadi inkişaf, sosial sferanın yenilənməsi prosesləri dinamik xarakter daşıyır.
Həyata keçirilən layihələrin, bütün şəhəri əhatə edən abadlıq yürüşünün mühüm aspektlərindən biri kimi Sumqayıtda əhalinin arzuları nəzərə alınmaqla ərazilərin müasir standartlara uyğun tərtibatı, istirahət guşələrinin yaradılması işləri geniş vüsət alıb.
Qeyd etmək lazımdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər ərazisində aparılan bütün abadlıq-quruculuq işlərini daima xüsusi diqqət mərkəzində saxlayır və işlərin gedişinə şəxsən nəzarət edir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Sumqayıt Dənizkənarı Bulvarı bu gün öz gözəlliyi ilə hər kəsi valeh edir. Bulvar ərazisində yeni yaşıllıq zolaqlarının yaradılması isə qarşıya qoyulan prioritet məsələrdən hesab olunur. Hazırda giriş hissədən başlayaraq mövzümlə əlaqəli yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Sumqayıt şəhər Bulvar MMC-nin direktor müavini Mahir Rüstəmov Denaz.Tv-yə müsahibəsində bildirdi ki, ərazidə bu günlərdə 20 min qızıl gül,5 min mövsümü gül və 2 min zeytun ağacı əkilib və bu proses hazırda davam edir.
Mahir Rüstəmov onu da əlavə edib ki, son bir il ərazidə bulvar ərazisində 21 min zeytun ağacı, 10 min ədəd mövsümü gül,25 min qızıl gül,4 min dekorativ ağac,23500 kvm qazon örtüyü əkilib.
Sumqayıtın, eləcə də Sumqayıt Bulvarının bütün gözəlliklərini və özəlliklərini vəsf etmək mümkün deyil. Amma əslində buna ehtiyac da yoxdur. Çünki Xəzərin sahilindəki bu möcüzə ilə yaxından tanış olmağın ən düzgün yolu Sumqayıt Bulvarını ziyarət etməkdir.
Sumqayıt bulvarında mövsümlə əlaqəli 20 min qızıl gül,5 min mövsümü gül və 2 min zeytun ağacı əkilib-VİDEOREPORTAJ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.