mar
2024
17:33
230

Sumqayıtda ilk dəfə olaraq bir başa əməliyyatxanadan canlı yayınla cərrahiyə prosesi təqdim edilib -VİDEO

2 mar, 2024
17:33
230

Sumqayıtda ilk dəfə olaraq bir başa əməliyyatxanadan canlı yayınla cərrahiyə prosesi təqdim edilib -VİDEO

Dünyada tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Bu problemlərin həlli yollarının axtarılması tibb elm adamları və mütəxəssislərini daima düşündürür. Bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Kəskin daşlı xolesistitin cərrahi müalicəsinə həsr edilən konsensus konfransı Sumqayıtda ilk dəfə olaraq təşkil olunur. Konfransda mütəxəssislərlə yanaşı , həmçinin 300-ə yaxın həkim iştirak edir.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq , məzarı önünə əklil qoyublar.

Keçirilən konfransda Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Millət Vəkili  Rəşad Mahmudov, Millət Vəkilləri Tahir Mirkişili , Müşfiq Məmmədli, Professor Qurbanxan Müslümov , Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsin direktoru Elnur Azadxanov  və digərləri Azərbaycanda səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışıblar. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə çıxışında bildirib ki,  əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyəyə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb. 

Sumqayıt şəhərində də tibb işçiləri hər zaman ölkə başçısının diqqət mərkəzində olub. Ötən dövr ərzində onlarla tibb işçisi Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb. Əmək fəaliyyətləri yüksək qiymətləndirilib. Son illər Sumqayıt şəhərində tibb sahəsinə göstərilən diqqət bu sahənin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminlik yaradır. İnanırıq ki, yaxın gələcəkdə Sumqayıt şəhərində səhiyyə sahəsində daha çox inkişafın,yeni-yeni layihələrin reallaşmasının şahidi olacağıq.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu cür elmi materialların və praktik təcrübələrin mübadiləsini həkimlər üçün çox faydalı olacağına əminliyinin ifadə edib. 

Daha sonra konfrans iştirakçılarına bir başa əməliyyatxandan canlı yayınla  cərrahiyə prosesi təqdim edilib.


Nizami Rəsulov
Fərhad Ələkbərli 
Denaz.Tv


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar