Azərbaycan Respublikası Milli Məclisinin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatı Səbinə Salmanova şəhərin 75-ci ildönümü münasibətilə sumqayıtlıları təbrik edib.
“Den.az” xəbər verir ki, millət vəkilinin təbrikində deyilir:
“Əziz sumqayıtlılar,
Sizləri şəhərimizin 75-ci ildönümü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı və yüksək nailiyyətlər arzulayıram.
Bu günlərdə hər birimiz doğma, əzəmətli şəhərimizin 75 illiyini böyük sevinc hissi və coşqu ilə qeyd etməkdəyik.
Bu gün sürətlə inkişaf edən doğma Azərbaycanımızın hər bir guşəsi kimi Sumqayıt da günbəgün gözəlləşir.
Sumqayıtda aparılan yenidənqurma və abadlıq işləri şəhərin görkəmini xeyli dəyişib, şəhərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilib.
Bütün bu uğurlar təbii ki, dövlətimizin və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhərimizə ayırdığı diqqət və qayğısının, eləcə də sumqayıtlıların, şəhərə rəhbərlik edənlərin fədakar əməyinin nəticəsidir.
Sizləri bir daha şəhər günü münasibəti ilə təbrik edir, hər birinizə xoşbəxt həyat arzulayıram!”.
Səbinə Salmanova sumqayıtlıları təbrik edib-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.