Vətən müharibəsi şəhidi polkovnik-leytenant Xeyrulla İbrahimov haqqında reportaj hazırlanıb.
Den.az xəbər verir ki, Xeyrulla İbrahimov Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb, lakin bu barədə ailəsinə xəbər verməyib.
O, Vətən müharibəsi zamanı isə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı belə təyin edilmişdi.
Şəhidin anası Xalidə Zeynalova oğlu haqqında danışarkən onunla söhbətlərini xatırlayıb:
"Həmişə deyirdi ki, ana, mən artilleriyaçıyam, düşməndən 30 kilometr uzaqda oluram. Məni vura bilməzlər. O qədər arxayın idim ki, elə bilirdim, oğlumu heç kim vura bilməz".
X.İbrahimov oğlunun doğum günündə - 2020-ci ilin oktyabrın 26-da şəhid olub.
"Günorta saat 12 idi. Öz-özümə deyirdim ki, Xeyrulla heç zəng vurub oğlunu təbrik etmir. Axşam saat 9 olanda başa düşdüm ki, o yoxdur. Qızıma dedim ki, Xeyrulla çox diqqətcil idi. Anara zəng etmədisə, deməli, şəhid olub", - deyə şəhidin anası söyləyib.
Ermənilər başına bir milyon qoydu, oğlunun ad günündə şəhid oldu - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.