Həm Sumqayıtın, həm də Ucarın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şuşa fatehi Səbuhi Əlixan oğlu Həsənquliyevin torpağa tapşırılmasından 4 il ötür.
Den.az xəbər verir ki, bu münasibətlə Sumqayıt Şəhidlər Xiyabanında şəhidin anım tədbiri keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım Günü ilə bağlı şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda, məzarı başında çıxışlar edilib, şeirlər səsləndirilib. Çıxışlarda Səbuhi Həsənquliyevin qısa, lakin şərəfli həyat və döyüş yolundan, İgidlik və Qəhrəmanlığından söz açılıb.
Qeyd edək ki, Səbuhi Həsənquliyev 11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li tam orta məktəbində birinci sinifə gedib. 2020-ci ildə Peşə liseyini bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Və İkinci Vətən Müharibəsi zamanı ilk gündən döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərib. Səbuhi Həsənquliyev Şuşa uğrunda gedən ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamına əsasən, Səbuhi Əlxan oğlu Həsənquliyev İkinci Qarabağ müharibəsində göstərdiyi igidlik və rəşadətə görə ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Vətən Müharibəsi şəhidi Səbuhi Həsənquliyev anılıb-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.