2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 28 631 uşaq doğulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 205 nəfər azdır.
Belə ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 38 836 yeni doğulan körpə qeydə alınmışdı. Nəticədə bir il ərzində doğulan uşaqların sayı təxminən 26 faiz azalıb.
Eyni zamanda doğum əmsalı da aşağı düşüb. 2025-ci ilin yanvar-may aylarında əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,2 olduğu halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 8,5-ə enib.
Müqayisə üçün, 2024-cü ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 43 317 yeni doğulan körpə qeydə alınmışdı.
Mövcud dinamika əsasında aparılan hesablamalara görə, 2026-cı ilin yekununda Azərbaycanda doğulan uşaqların sayının təxminən 75-80 min nəfər civarında olacağı ehtimal edilir.

