Bu ilin I rübündə Azərbaycanda metro nəqliyyatının xidmətlərindən 52,8 milyon nəfər istifadə edib.
“Den.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, sərnişin sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 1,3 faiz azalıb.
Qeyd edilib ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 4,2 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 55,9 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi avtomobil nəqliyyatı, 30 faizi isə boru kəməri ilə daşınıb.