Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında 15 min 107 nikah və 8 min 87 boşanma qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a enib.
2026-cı ilin əvvəlindən ölkə əhalisinin sayı 9 min 287 nəfər və ya 0,1 faiz artıb. İyunun 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyon 271 min 638 nəfərə çatıb.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri təşkil edir. Əhalinin 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.

