İsrailin baş naziri Benyamin Netanyahunun Qətərdən üzr istəməsi ölkə daxilində ciddi narazılıq doğurub.
DenMedia.az xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.
Maliyyə naziri Betsalel Smotriç bildirib:
“Terrorizmi maliyyələşdirən bir dövlət qarşısında alçaldıcı üzr – bu, rüsvayçılıqdır.”
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə HƏMAS liderlərinin Dohadakı hədəfə alınmasını "ədalətli və mənəvi cəhətdən haqlı" hesab etdiyini vurğulayıb.
Eyni zamanda bəzi siyasətçilər Netanyahunu 2023-cü il 7 oktyabr hadisələrinə görə israillilərdən üzr istəmədiyinə görə tənqid ediblər.