İsrailin Baş naziri Benyamin Netanyahu Dohaya edilən hava hücumu üçün Qətərdən üzr istəyib.
Denmedia.az-ın məlumatına görə, bu barədə Channel 12 telekanalı mənbələrə istinadla xəbər verir.
Telekanalın və Axios jurnalisti Barak Ravidin məlumatına görə, Netanyahu Qətəinr Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani
ilə telefon danışığı aparıb və danışıqlar zamanı ölkənin suverenliyinin pozulmasına görə təəssüfünü bildirib.