Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Xerson vilayətində Yeni il gecəsi baş verən terror aktına görə cavab tədbirləri həm icraçıları, həm də sifarişçiləri əhatə etməlidir. O, bu fikirləri TASS agentliyinin sualını cavablandırarkən səsləndirib.
Medvedev Xorlı kəndində Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra artıq
“mərasimə son qoymağın vaxtı çatdığını”
bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücumu çərçivəsində bu zərbəyə görə cavab “qaçılmaz və yaxın zamanda” olacaq.
Siyasətçi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin dinc sakinlərini “qəsdən və amansızcasına” qətlə yetirib. Medvedev Ukrayna hərbçilərinin hərəkətlərini “vəhşilik, alçaqlıq və kinlilik” adlandırıb və Xorlıya edilən hücumu 1943-cü ildə faşistlər tərəfindən Xatında törədilmiş faciə ilə müqayisə edib.
Xatırladaq ki, 1 yanvar gecəsi Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Xorlı kəndində kafe və otelə hücum edib. Vilayətin qubernatoru Vladimir Saldonun sözlərinə görə, Ukrayna dronları Rusiya Prezidenti Vladimir Putinin Yeni il müraciəti zamanı birbaşa dinc sakinləri hədəfə alıb.
Rusiya Xarici İşlər Nazirliyi baş verənləri Ukraynanın növbəti terror aktı adlandırıb və hücumun əvvəlcədən planlaşdırıldığını bildirib.
Məlumata əsasən, dron hücumu nəticəsində 50-dən çox insan yaralanıb, 24 nəfər isə həlak olub. Faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlanılıb.

