ABŞ prezidenti Donald Tramp mədəniyyət kompleksinin 4 iyul 2026-cı il tarixində bağlanacağını açıqlayıb. Qərarın podratçılar, musiqi mütəxəssisləri, incəsənət institutları və digər məsləhətçilərlə aparılan məsləhətləşmələrdən sonra verildiyi bildirilib. Trampın sözlərinə görə, kompleks həm maliyyə, həm də struktur baxımından qənaətbəxş vəziyyətdə deyil və tam yenilənməyə ehtiyac var.
Prezident vurğulayıb ki, planlaşdırılan yenidənqurma mərkəzi incəsənət, musiqi və əyləncə sahəsində dünya səviyyəli obyektə çevirəcək və layihənin maliyyələşdirilməsi tam təmin olunub.
NBC xatırladır ki, daha əvvəl mərkəzin rəsmi adına Trampın adının əlavə edilməsi ilə bağlı qərardan sonra bir sıra sənətçilər çıxışlarını ləğv edib. Bu addım Kennedi ailəsinin üzvləri və Konqresin bəzi üzvləri tərəfindən də tənqid olunub.

