ABŞ prezidenti Donald Tramp Ağ Evdə bal zalı və “Tramp tağı” tikintisi planının yoxlanışına cavabdeh olan bütün komissiya üzvlərini işdən azad edib. Bu barədə The Guardian məlumat yayıb.
Altı nəfərlik Müstəqil İncəsənət Komissiyasının üzvləri vəzifədən uzaqlaşdırılıb. Mənbələrə görə, Ağ Ev indi Trampın “Amerika hər şeydən öncə” siyasətinə daha uyğun yeni üzvləri təyin etməyə hazırlaşır.
Komissiya yeni abidə layihələrinin və dövlət binalarının rekonstruksiyasının şəhərin tarixi görünüşünə uyğunluğunu qiymətləndirir.
The Wall Street Journal daha əvvəl yazmışdı ki, Tramp Ağ Evdə bal zalının planlaşdırılmasında şəxsən iştirak edir.
Layihənin dəyəri 250 milyon dollar civarındadır. Ekoaktivistlər və müxalif siyasətçilər onu şəffaf olmayan və tarixi irsə zərərli layihə adlandırır.
Lakin Tramp ittihamları rədd edir və “bu rekonstruksiya layihəsi mənim üçün musiqi kimidir” deyə cavab verir.

