Səudiyyə Ərəbistanı Qəzza sektorunun bərpasında maliyyə iştirakı məsələsinə yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra baxacaq. Bu barədə ölkənin xarici işlər naziri Faisal bin Farhan Al Saud Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib. Tədbirin yayımı rəsmi sayt üzərindən aparılıb.
Onun sözlərinə görə, vəsait ayrılması ilə bağlı qərar verilməzdən əvvəl Qəzzada real sülhün bərqərar olması, İsrail qoşunlarının çıxarılma vaxtının aydınlaşması, HƏMAS-ın tərksilahı və ABŞ prezidenti Donald Trumpın planında nəzərdə tutulan 20 maddənin icrası təmin olunmalıdır.
“Qəzza sektorunun bərpası üçün maliyyə ayırmaq qərarından əvvəl orada həqiqi sülhün yaranması vacibdir. İsrailin nə vaxt qoşunları çıxaracağı, HƏMAS-ın nə vaxt tərksilah olunacağı və Trampın planındakı 20 maddənin yerinə yetirilməsi aydın olmalıdır”, – deyə Feysəl bin Fərhan bildirib.
Nazir əlavə edib ki, bu məsələlərin yaxın zamanda keçiriləcək “Sülh Şurası” iclasında dəqiqləşəcəyinə ümid edir.

