İsrailin baş naziri Beniyamin Netanyahu HƏMAS-ın tərksilah edilməsini Qəzza sektorunda yeni hökumətin yaradılması üçün mütləq şərt hesab edir.
“Qəzzada yeni hökumət yalnız HƏMAS tərksilah edilərsə mümkündür. (…) Əgər biz HƏMAS-ı — istər beynəlxalq kontingentin gücü ilə, istərsə də başqa vasitələrlə — tərksilah etsək, bəli, mən Qəzza üçün uğurlu gələcək görürəm. Bunu hamı anlayır”, — deyə Netanyahu Fox News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qəzza sakinləri bunu hamıdan daha çox istəyir.
Netanyahu bu fikirləri aparıcının 2026-cı ildə Qəzzada İsrail üçün qəbul edilə bilən bir Fələstin hökumətinin yaradılmasının mümkün olub-olmadığı ilə bağlı sualına cavab olaraq səsləndirib.
Bu arada, İsrail KİV-ləri mənbələrə istinadla bildirir ki, Netanyahu və ABŞ prezidenti Donald Trump Floridada baş tutan son görüş zamanı HƏMAS-a tərksilah üçün iki ay vaxt verilməsi barədə razılığa gəliblər.

