DenMedia.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, HƏMAS-ın tərksilah olunması girovların qaytarılmasından sonra sülh prosesinin növbəti vacib mərhələsidir.
“Əvvəlcə HƏMAS silahı yerə qoymalıdır. Daha sonra Qəzzada silah zavodlarının mövcud olmadığına və oraya qaçaq silah gətirilmədiyinə əmin olmalısınız. Bu, demilitarizasiyadır,” – deyə Netanyahu CBS kanalına müsahibəsində bildirib.
Baş nazir əlavə edib ki, əgər HƏMAS bu şərtləri yerinə yetirməzsə, “əsl xaos başlayacaq.”
“Ümid edirəm, bu baş verməz. Biz bunu sülh yolu ilə həll etməyə hazırıq,” – deyə Netanyahu vurğulayıb.