NATO-nun Türkiyə ərazisindən həyata keçirdiyi hava kəşfiyyatında prioritet dəyişib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, alyansın Türkiyədə yerləşən uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarələri – AWACS sistemləri əvvəl həm Rusiya, həm də İran üzərində müşahidələr aparırdı. Lakin son dövrdə Anadolunun mərkəzində yerləşən Konya şəhərindən qalxan uçuşların əsas istiqaməti daha çox İrana yönəlib.
Agentliyin mənbələri bildirir ki, Türkiyə ABŞ tərəfindən İrana mümkün zərbəyə hazırlaşır. Ankara belə bir ssenarinin baş verməsindən ciddi narahatdır. Çünki mümkün hərbi toqquşma Türkiyəyə yeni qaçqın axınına səbəb ola bilər. Söhbət əsasən İran ərazisində yaşayan Pakistan və Əfqanıstan mənşəli şəxslərdən gedir.
Məlumata əsasən, Türkiyə hakimiyyəti kütləvi miqrasiyaya qarşı fövqəladə tədbir planlarını yeniləyir. Bu çərçivədə İranla sərhəd yaxınlığında müvəqqəti düşərgələrin qurulması da nəzərdən keçirilə bilər.

