NATO 2026-cı ildə Baltik ölkələrində hava patrulu missiyası çərçivəsində Türkiyədən F-16 qırıcılarını planlaşdırılandan daha tez təqdim etməyi xahiş edib. Bu barədə Bloomberg mənbələrə istinadla yazır.
Agentliyin məlumatına görə, NATO ilə Türkiyə arasında Türkiyə hərbi təyyarələrinin 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyada yerləşdirilməsi barədə razılaşma da mövcuddur.
Məqalədə qeyd olunur ki, Ankara hələlik NATO-nun bu müraciətinə necə cavab verəcəyinə qərar verməyib. Mənbələrin sözlərinə görə, məsələnin həssaslığı səbəbilə onlar anonim qalmaq şərti ilə danışıblar. Bildirilir ki, Türkiyə qırıcıları bu missiya çərçivəsində sonuncu dəfə 2025-ci ilin əvvəlində hava patrulu həyata keçirib.

