ABŞ Prezidenti Donald Tramp Fransanı sevdiyini bildirib. O, bu açıqlamanı Fransanın LCI telekanalının jurnalisti ilə telefon danışığı zamanı səsləndirib.
Jurnalist zəngi İran məsələsi ilə bağlı keçirilən görüş zamanı edib. Tramp zəngi cavablandırsa da, hazırda danışa bilməyəcəyini bildirib.
“Hazırda iclasdayam, İranla birbaşa məşğulam, buna görə indi sizinlə danışa bilmərəm, amma bizdə hər şey çox yaxşıdır və mən Fransanı sevirəm.”
Lakin bu açıqlama fonunda ABŞ–Fransa münasibətlərində gərginlik elementləri də qalır.
Aprelin 2-də Tramp yenidən Fransa Prezidenti Emmanuel Makronu hədəfə alaraq onun həyat yoldaşı ilə münasibətlərinə sataşıb. O bildirib ki, Makron “hələ də həyat yoldaşının vurduğu zərbədən sonra özünə gəlir.”
Bu ifadə diplomatik etikadan çox uzaq, açıq şəxsi hücum kimi qiymətləndirildi.
Makron isə cavabında bu sözləri “yolverilməz” adlandırıb.
“Bu fikirlər nə incədir, nə də ləyaqətli.”
Xatırladaq ki, 31 martda Tramp Fransanın ABŞ hərbi təyyarələrinə öz hava məkanından keçid icazəsi verməməsini də unutmayacaqlarını bildirib.

