Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın istehzalarından sonra Rusiyanın Ukrayna ilə bağlı mövqeyini qəbul edə bilər.
O, bu fikirləri X sosial şəbəkəsində paylaşıb.
Medvedevin sözlərinə görə, Trampın fransız liderlə bağlı istehza dolu çıxışlarından sonra Makron “o qədər məyus olub ki, hətta bəzi ağıllı fikirlər səsləndirib” və ABŞın İrana qarşı hərbi əməliyyatını “faydasız avantüra” adlandırıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, gözləmək lazımdır ki, Tramp onu daha da aşağılasın.
“Bəlkə o zaman o (Makron) Rusiyanın Kiyevlə münaqişədə haqlı olduğunu və sanksiyaların faydasız olduğunu qəbul edəcək,” — deyə Medvedev yazıb.

