Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın şəxsi həyatı ilə bağlı açıqlamalarına https://den.az/dunya/40301-tramp-makronu-ele-saldi-hele-de-ozune-gelir.html kəskin reaksiya verərək onları "ədəbsiz və yersiz" adlandırıb.
Bu barədə BFMTV xəbər verir.
Cənubi Koreyada rəsmi səfərdə olan Makron bildirib ki, bu cür açıqlamalara cavab verməyi lazım bilmir və onları diqqətəlayiq hesab etmir.
Daha əvvəl Donald Tramp Ağ Evdə Makronu məsxərəyə qoyaraq onun guya həyat yoldaşı tərəfindən vurulan zərbədən sonra “hələ də özünə gəldiyini” demişdi.
Makron həmçinin Hörmüz boğazının açılması üçün hərbi əməliyyatın keçirilməsini real hesab etmədiyini bildirib.
Onun sözlərinə görə, belə bir addım münaqişəni qeyri-müəyyən müddətə uzada və region ölkələrinə ciddi zərər vura bilər.

