ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüşdə Fransa Prezidenti Emmanuel Makron barədə istehzalı fikir səsləndirib.
Amerika lideri bildirib ki, Makron hələ də həyat yoldaşının ona vurduğu zərbədən sonra özünə gəlir.
Tramp bu sözləri İran ətrafında gərginlik fonunda ABŞ və NATO arasındakı münasibətlərlə əlaqələndirib və qeyd edib ki, Parisin hazırda Yaxın Şərqdəki vəziyyətə diqqət ayırmağa imkanı yoxdur.
“Makrona zəng etməyi düşündüm, onunla çox pis davranırlar – o, hələ də çənəsinə vurulan zərbədən sonra özünə gəlir”
Trampın xatırlatdığı hadisə may ayında Vyetnam səfəri zamanı baş verib. Jurnalistlər həmin anı lentə alıb – Brijit Makron həyat yoldaşını çənəsindən itələyib.
Yelisey sarayı əvvəlcə videonun həqiqiliyini inkar edib, lakin daha sonra prezidentin ətrafından olan mənbə bunu “ailədaxili mübahisə” adlandırıb.
Makron isə sonradan bildirib ki, bu sadəcə zarafat olub.

