Fələstinin HƏMAS hərəkatı təxminən 20 il ərzində Qəzza sektorunu faktiki idarə edən fövqəladə hökumət komitəsinin ləğv olunduğunu açıqlayıb.
Bu barədə AFP məlumat yayıb.
Məlumata görə, komitənin səlahiyyətləri Qəzzanın idarə olunması üzrə yeni Milli Komitəyə təhvil veriləcək.
Fövqəladə komitənin rəhbəri Məhəmməd əl-Farra rəsmi şəkildə istefa verib. Bundan sonra qurumun ləğvi barədə qərar qəbul olunub.
“Bu addım Qəzzanın idarəçiliyinin Milli Komitəyə inzibati və dövlət səviyyəsində keçidini asanlaşdırmaq üçün atılıb”, — deyə əl-Təvabta bildirib.
AFP-nin yazdığına görə, Qəzzanın idarə olunması üzrə Milli Komitə ABŞ Prezidenti Donald Trampın HƏMAS və İsrail arasında atəşkəs razılaşmasına vasitəçilik etməsindən sonra yaradılan Sülh Şurası tərəfindən formalaşdırılıb.

