İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampın qara tabutun içində təsvir edildiyi nəhəng plakat asılıb.
“Anadolu” Agentliyinin məlumatına görə, plakat paytaxtın əsas nöqtələrindən biri hesab edilən İnqilab meydanında yerləşdirilib.
Plakatda İranın keçmiş lideri Əli Xamenei üçün İmam Xomeyni Musalla məscidində keçirilən mərasim zamanı istifadə olunan qara beton maneələr tabut formasında təsvir edilib. Trampın rəmzi görüntüsü isə həmin tabutun içərisində yerləşdirilib.
Tabut şəklində təsvir olunan divarların üzərində “Biz Trampı öldürəcəyik” və “Trampa ölüm” şüarları yazılıb.




