ABŞ-ın 47-ci prezidenti Donald Trampın portreti artıq Vaşinqtondakı Milli Portret Qalereyasında nümayiş etdirilir.
Bu barədə Tramp Truth Social sosial şəbəkəsində özü məlumat verib.
“Artıq Milli Portret Qalereyasında təqdim olunur”, — deyə Tramp paylaşımında yazıb və portretin iki fərqli rakursdan çəkilmiş fotolarını yayımlayıb.
Portret qara-ağ rəng çalarlarında hazırlanıb. ABŞ prezidenti əsərdə Oval kabinetdə, hər iki əlini masaya söykəmiş vəziyyətdə təsvir olunub.

