ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə mülki nüvə proqramına dair 30 illik sazişi təsdiqləyib.
“The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazır ki, çoxmilyardlı razılaşma Amerika şirkətlərinə krallığın nüvə proqramında mühüm rol verəcək.
Saziş Səudiyyə Ərəbistanında ABŞ-nin ciddi nəzarəti altında uranın zənginləşdirilməsi imkanının yaradılmasına yol aça bilər. Bu məsələ birgə texniki-iqtisadi araşdırmanın nəticəsindən asılı olacaq.
Razılaşma ABŞ-nin energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman tərəfindən imzalanıb. Sənəd Konqresin nəzərdən keçirilməsinə təqdim ediləcək.

