RIA Novosti-nin və Rusiya Hüquqi və Məhkəmə İnformasiya Agentliyinin məlumatına görə, İkinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi qızlarına qarşı zorakılıqda təqsirli bilinən Mixail Xaçaturyan barəsindəki hökmü qüvvədə saxlayıb.
Vəkil Georgi Çuquaşvili bildirib ki, işin yenidən araşdırılması tələbi ilə verilən kassasiya şikayəti təmin edilməyib. Müdafiə tərəfi qərardan Rusiya Ali Məhkəməsinə şikayət edəcək.
Mixail Xaçaturyan 21 aprel 2025-ci ildə qızlarına qarşı cinsi zorakılıq, sağlamlığa ağır zərər vurma və pornoqrafik materialların yayılmasında ölümündən sonra təqsirli bilinib. Onun ölümü səbəbindən cinayət işinə xitam verilib.
Krestina, Angelina və Mariya Xaçaturyan 2018-ci ildə atalarını öldürməkdə ittiham olunublar. Bacılar 2021-ci ildə atalarının zorakılıq əməlləri üzrə rəsmi şəkildə zərərçəkmiş kimi tanınıblar.

