Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı hadisələrdə bağlı 6 azərbaycanlı bu gün məhkəmə qarşısına çıxarılıb.
Den.az APA-ya istinadən xəbər verir ki, hər bir azərbaycanlı barəsində həbs-qətimkan tədbiri keçirilib.
Belə ki, Məzahir Səfərov 22 gün, Ayaz Səfərov 22 gün, Akif Səfərov 22 gün, Şahin Lalayev 3 gün, Əhliman Gənciyev 3 gün, Bəkir Səfərov 3 gün müddətinə həbs edilib.
Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.