"Sülh Şurası"nın təsis mərasimi cümə axşamı Davosda keçirilib. Mərasimdə ABŞ Prezidenti Donald Trump iştirak edib.
Trampla yanaşı, təsis sənədlərini Azərbaycan, Argentina, Ermənistan, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Monqolustan, BƏƏ, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistan nümayəndələri, həmçinin özünü elan etmiş Kosovo Respublikası imzalayıb.
Tədbirin canlı yayımı Ağ Evin rəsmi saytında aparılıb.
Təsis sənədlərinin imzalanmasından sonra, Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası" rəsmi beynəlxalq təşkilat statusu alıb.

