ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qəzza sektoru üzrə yaradılan Sülh Şurasına qoşulmağı təklif edib.
DenMedia.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
“ABŞ Prezidenti Sülh Şurasının təsisçi sədri kimi prezidentimizə şuranın həmtəsisçiləri sırasına qoşulması üçün dəvət məktubu göndərib,” — deyə Duran yazıb.

