İranda yanvar 2026-cı il etiraz aksiyalarının iştirakçılarını dəstəkləməkdə şübhəli bilinən bir neçə siyasi xadim saxlanılıb.
Bu barədə Iran International məlumat yayıb.
Məlumatda deyilir ki, Tehran prokuroru “yanvar hadisələrində terror fəaliyyətlərini ağardan və ölkənin təhlükəsizliyinə təsir göstərən siyasi və media cərəyanının üzvlərini” cinayət əməllərində ittiham edib.
Mənbələrə görə, saxlanılanlar arasında İslam Respublikasının İslahat Cəbhəsinin rəhbəri Azər Mənsuri, keçmiş xarici işlər nazirinin müavini Möhsən Əminzadə, həmçinin siyasi fəal və 1988–1992-ci illərdə parlamentin üçüncü çağırışının deputatı olmuş İbrahim Əsgərzadə yer alır.
Qeyd olunur ki, İ.Əsgərzadə 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsində iştirak edən tələbə qrupunun liderlərindən biri olub.
Bildirilir ki, saxlanılan siyasi xadimlər İsrail və ABŞ-ı dəstəkləməkdə ittiham edilirlər.

