İranda İsrailin xeyrinə casusluqda ittiham olunan ölkə vətəndaşı edam edilib. Bu barədə Mehr agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, 28 aprel 2025-ci ildə həbs edilən Həmid Rza Sabet Esmailpour İsrail kəşfiyyat agentliyi Mossad-a məxfi məlumatlar ötürdüyünə görə edam cəzasına məhkum edilib.
İran hakimiyyətinin iddiasına əsasən, təqsirləndirilən şəxs “Mossad”ın agenti ilə əlaqə saxlayıb və dövlət sirri daşıyan sənədləri ona təqdim edib.
Bildirilib ki, hökm məhkəmə araşdırması çərçivəsində çıxarılıb və İran İslam Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

