Bir sıra Avropa ölkələri 2026-cı il futbol üzrə dünya çempionatını boykot etməyə çağırış edib.
Buna səbəb ABŞ Prezidenti Donald Trumpun Qrenlandiya ilə bağlı apardığı siyasətdir.
Məlumata görə, Avropa paytaxtlarında Tramp administrasiyasının Qrenlandiya üzərində nəzarəti gücləndirməyə yönəlmiş addımları siyasi təzyiq və suverenlik prinsipinin pozulması kimi qiymətləndirilir. Bu mövqeyə etiraz olaraq, bəzi siyasətçilər və ictimai xadimlər 2026 FIFA Dünya Çempionatının boykot edilməsini gündəmə gətiriblər.
Qeyd olunur ki, çempionatın əsas oyunları ABŞ-da keçiriləcək və Avropa ölkələrinin mümkün boykotu turnirin siyasi müstəviyə daşınması riskini artırır. Hələlik rəsmi milli federasiyalar səviyyəsində yekun qərar qəbul edilməsə də, mövzu Avropa ictimai-siyasi gündəmində ciddi müzakirə olunur.

